Kəlağayının İstifadə və Qulluq Qaydaları


✨ Ətir istifadəsi: Kəlağayının üzərinə birbaşa ətir vurmaq məsləhət görülmür. Ətirin tərkibindəki maddələr ipək parçanın həssaslığı səbəbindən parça üzərində iz və ya ləkə yarada bilər. Ətri boynunuza istifadə etdikdən sonra tam qurumasını gözləyin, daha sonra kəlağayınızı taxın.


🫧 Yuyulma qaydası: Kəlağayını 72%-lik sabunun köpüyü ilə ilıq suda yumaq məsləhətdir. Parçanın zərifliyini qorumaq üçün onu çox sürtmək olmaz, sadəcə yüngül şəkildə yumaq kifayətdir. Kəlağayı tez-tez yuyulmağa ehtiyac duyan bir məhsul deyil.


♨️ Ütüləmə qaydası: Kəlağayı buxarlı ütü ilə ən aşağı temperatur rejimində ütülənməlidir. İpəyin zərifliyini qorumaq üçün ütüləmə zamanı diqqətli olmaq tövsiyə olunur.


Diqqətiniz və İpəkKəlağayımı seçdiyiniz üçün təşəkkür edirik!💕